“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmi mobil əlavəsi ilə artıq qatarlara bilet əldə etmək daha asandır.
Yeni ADY mobile tətbiqini yükləməklə kassalara yaxınlaşmadan və veb-sayt açmadan bir neçə addımda səyahət imkanı əldə edə biləcəksiniz.
Mobil tətbiqə giriş qeydiyyat və ya aktiv telefon nömrəsi qeyd etməklə şəxsi kabinet üzərindən mümkündür.
Satış prosesi başa çatdıqdan sonra biletiniz SMS və e-poçt vasitəsilə sizə göndəriləcək.
Mobil tətbiq vasitəsilə
• asan ödəniş və balans artımı
• bildirişlərin aktiv edilməsi
• QR kod ilə sürətli keçid
• rahat yer seçimi
• hərəkət cədvəlinin onlayn izlənilməsi
• digər şəxslərin sürətli əlavə edilməsi üçün sərnişin siyahısı
• bilet və səyahət tarixçəsi
• beynəlxalq və daxili istiqamətlərə biletlərin əldə edilməsi mümkündür.
Bizlə əlaqə:
Mobil tətbiq ilə bağlı hər hansı bir çətinliyiniz yaranarsa, 7/24 fəaliyyət göstərən 18 22 nömrəsinə zəng edə,
[email protected] elektron poçtuna və ADY-nin rəsmi sosial şəbəkə kanallarına müraciət edə bilərsiniz.
Dostlarınızla paylaşın:
Mobil əlavəni sosial şəbəkə hesabları üzərindən dostlarınızla paylaşa bilərsiniz